Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aslan İsmayılov: Nəyə görə bu qədər cinayətə göz yumulur?

Emella Mustafayeva

Deməyə söz qalmayıb.O ağaclar da canlıdır, yaşamaq istəyirlər.O ağacları məhv edənləri ağacların ahi tutsun.

Sixəli Abbasov

Aslan məllim cox doqrudur yerinde bir tesbit olmus Azərbaycanin bir cox aq ciyərləri sayilan gozəllik və sərinlik mənbəyi sayilan mesələri yox edildi.

artiq bolgələrdə yasayan ahalinin bir coxu quraqliq ve su qitliqi uzundən kəndlilər oz evlərini qoyub səhərlərə vəya rayon qəsəbələrinə koc etdilər bu indi bəlkə bir muvəqqəti həlli yolu kimi gorulə bilər.

Hər birimiz ailədə evdə usaqlara gənclərə təbiyəti aqaclari sevməyi onu oz gələcəyinin təminati kimi gorub qorumaqi oyrətməliyik cunki basqa yolumuz yoxdur vəssəlam.

Telman Ibadov

Əhmədli qəsəbəsi sərhed xidməti akademiyasinin yanında 40 ilin agaclarinı kəsib kompleks tikdilər nəqədər cammat calışsada bacarmadılar.kimnən kimə şlkayət edəsən...

Rahim Idrisov

Aslan muellim bunun adi anarxiyadi,bunlari respublikadaki problemler maraqlandirmir, eys isret icinde messan heyat sururler.

Maksim KAsumov

Aslan müəllim, COP-dan sonra bu lövhələr onsuz da kifayət qədər rahatlığı olmayan piyada yollarında insanlara mane olmaqda, xüsusən də uşaq arabaları ilə hərəkət edən xanımlarımıza mane olmaqdadır. Quraşdıran təşkilatlar götürməyi planlaşdırmır deyəsən. Siz işıqlandırsaz bəlkə də həllini tapar

Vidadi Huseyn

Yaşadığım ərazidə hər il öz pulumla 20 ağac əkirəm. Di gəl ki, " iki ayaqlı gəmiricilər " və tərbiyəsiz uşaqları məhv edirlər .... Zibil qutuları düz yaşıllığın yanında qoyublar...... Birdə görürsən hansısa bir " hayfaşistdən törəmə" siqareti atır qutuya və hər yanı tüstü - duman bürüyür..... Keçən il yaşıllıq sahəsini güclə söndürdüm, hansı ki, 20 - yə yaxın 40 illik hər cür meyvə ağacları məhv edildi. Çünki, 5 mərtəbəli binalar standarta uygun tikildiyindən " çayxana ... pivə xana tikmək istəyən" işbazlar Startda durublar.....Bəla burasındadır ki, BU EKOLOGİYANI HAMININ QORUMAQ BORCU OLDUĞUNU, HƏR KƏS DƏRK ELƏMİR .....DÜNYANI " MƏHV OLMAQ TƏHLÜKƏSİNDƏN " XİLAS ETMƏK BÜTÜN BƏNDƏLƏRİN ALLAH TƏRƏFİNDƏN BƏNDƏNİN BOYNUNA QOYDUĞU MÜQƏDDƏS BORCDUR!!!!!!!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Aslan İsmayılov: 

Nəyə görə bu qədər cinayətə göz yumulur?

Son 20 ildir ki, Azərbaycanda ekoloji fəlakətlə bağlı fəryad edirəm. COP29-dan sonra Azərbaycanda nəhayət ki, ekoloji durumla bağlı vəziyyətdə dəyişikliyin olacağını düşünürdüm. Çox ümid edirdim ki, bu dəyişiklik görüntü xarakteri daşımayacaq. Təəssüf ki, yenə ikili yanaşmalar, görüntü xarakterli addımlara rast gəlinir. Regionlarda baş verən ağac soyqırımları heç kim üçün sirr deyil. Məni təəccübləndirən odur ki, hər gün Bakıda yeni parkların salınması haqda xəbərlərə rast gəlirəm. Yeni parkların salınmasından öncə mövcud parkların qurudulmasının qarşısını almaq lazımdır. Ən azından mənim səhifələrimdə Abşeron yarımadasında yaşıllıqların məhv edilməsi barədə onlarla fakt paylaşmışam. Onların cüzi hissəsi araşdırılsaydı, o yaşıllıqları məhv edənlər həqiqətən cəzalandırılsaydılar, əminəm ki, bir daha heç kim cürət edib ağac kəsməyə qalxmazdı. “Coca Cola” dairəsi kimi tanınan əraziyə yaxın hektarlarla əraziyə malik sıx ağaclığın qurudulması, oranın mütəmadi bilərəkdən yandırılması barədə dəfələrdə paylaşım etmişəm. Paylaşımlardan sonra ərazidə ağacları kəsib növbəti obyektin tikilməsinin qarşısı alındı, tikinti dayandırılması, tikintinin bəzi hissələri dağıdıldı, ancaq fundamenti saxladılar. Amma əminəm ki, gözləmə mövqeyindədilər. Gözləyirlər ki, məsələ unudulsun, yenidən ağacları kəsib obyekti tiksinlər. Nəyə görə bu qədər cinayətə göz yumulur. Suallar çoxdur. Cavab isə aydındır. Görünən isə odur ki, baş verənlər ağac kəsiminin qarşısını almağa deyil, sadəcə rüşvət məbləğlərinin artımına xidmət edir.