Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rəhman Orxan:

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovun "Qan düşməni" romanı işıq üzü görüb

Təbrik edirik!

Bugünlərdə Azərbaycanın Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist, kinossenarist Eyruz Məmmədovun daha bir əsəri - "Qan düşməni" romanı işıq üzü görüb. Redaktoru Prezident mükafatçısı, yazıçı-publisist Arif Ərşad olan bu maraqlı əsər Sumqayıtın "Azəri" nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilmişdir.

Kitabda hələ ötən əsrin əvvəllərində - rus imperiyası dövründə qədim Zəngəzur mahalında iki nəsil arasında başlanmış "qan davası"nın hətta 1941-45-ci illər müharibəsi dövründə və daha sonra - SSRİ-nin süqutuna qədər də davam etməsindən inandırıcı, təsirli faktlara bəhs edilir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Best coffeeshop in Berlin