Leyla Camalzadə və Ülvi Hüseynov Venesueladan 3 qızılla qayıdıb
Venesuelada badminton üzrə keçirilən beynəlxalq turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, turnirə qatılan Leyla Camalzadə və Ülvi Hüseynov cütlüyü turniri 3 qızıl medalla başa vurub. Qeyd edək ki, əvvəlcə şəxsi yarışlarda çempion olan cütlüyümüz, ardından qarışıq qoşa yarışda da birinci yeri tutaraq qızıl medala layiq görülüb.
İNTİQAM Məmmədov