17 yaşlı güləşçilərin AÇ başlayır
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşlılar arasında (U-17) idman güləşi üzrə Avropa çempionatına start veriləcək. İyunun 15-dək davam edəcək bu çempionata Azərbaycan 27 (10 yunan-Roma, 7 qız, 10 sərbəst güləş) idmançı ilə qatılacaq. Yunan-Romaçıların iştirakı ilə başlanacaq çempionatın ilk günü beş güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizə aparacaq.
Bu beşlikdə, Qurban Məcnunov (48 kq), Ayxan Əsədli (55 kq), Ramil Musayev (65 kq), Nicat Elyaqaliyev (80 kq) və Rihad İbrahimli (110 kq) yer alıb.
İNTİQAM Məmmədov