Tehranda tanınmış din xadiminin övladları maliyyə fırıldağında tutulub
Rejimin aparıcı təbliğatçılarından biri və Tehranın İmam-Cüməsi Höccətül-İslam Kazım Sediqinin iki oğlu İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatçıları tərəfindən həbs edilib.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, həbs iki həftə əvvəl olub. İttihamlar maliyyə pozuntuları və sövdələşmə ilə bağlıdır.
Hakimiyyətdəki mənbə qeyd edib ki, işə “xüsusi diqqətlə baxılır” və məhkəmə “peşəkar və müstəqil yanaşacaq”.
Xatırladaq ki, Sediqinin özü 2023-cü ildə Tehranın şimalında dövlət torpaqlarını qanunsuz olaraq mənimsəməkdə ittiham olunub.