YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Bəybala Mirzəyev:
İnqilabdan qorxan adam...
Söhbət Rusiyanın yorğun və yaralı prezidenti Vladimir Putindən gedir. "Yaralı" sözünü obrazlı mənada deyirəm.
Cənab Putin inqilablardan qorxduğunu ötən gün "Rusiya - imkanlar ölkəsi" muxtar qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının iclasında çıxışı zamanı nümayiş etdirib.
O qeyd edib ki, ölkəsi ötən əsrdə kifayət qədər inqilablar yaşayıb və buna görə də "bizə inqilab lazım deyil. Rusiyanın inqilab üçün limiti tükənib".
Keçmiş SSRİ-nin "KQB podpolkovniki" rütbəsindən və taksi sürücülüyündən indiki Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri və Rusiya prezidenti vəzifəsinə qədər yüksələn Vladimir Putin tarix, fəlsəfə, sosiopsixologiya mövzularından danışmağı çox sevsə də, lakin əsl həqiqətdə isə onun bu sahələr üzrə elə də dərin biliyi yoxdur və o, öz xalqının sosio-etnopsixologiyasını yaxşı bilmir.
Məhz buna görədir ki, Putinə elə gəlir ki, Rusiyanın inqilab üçün limiti tükənib.
Görünən isə budur ki, Rusiya elə həm də bilavasitə Putinin öz əliylə növbəti inqilablara, kataklizmlərə doğru yuvarlanır.
Nəzərə almalıyıq ki, buntarlıq, inqilabçılıq, dağıdıcılıq, anarxiyaçılıq rus xalqının xarakterindədir.
Rus xalqı iki şeysiz yaşaya bilmir - inqilablarsız və müharibələrsiz.
Rusiyanın son 300-400 illik tarixinə ötəri nəzər salmaq kifayət edər ki, sıravi rusların daim qiyamlar, üsyanlar və müharibələr burulğanından keçdiyini əyani müşahidə edəsən.
Özü də üsyan etmək, qiyam qaldırmaq və ya müharibəyə can atmaq üçün rus xalqına nəsə xüsusi bir ideologiya-flan da lazım deyil. Bu xalq bir himə, bir qığılcıma bənddir ki, dəryaz və ya dəhrəni əlinə alıb üsyana qalxsın, ya da qonşu xalqların torpaqlarını işğal etmək üçün könüllü müharibəyə yazılsın.
Bəli, rus xalqı belə bir fenomenal xüsusiyyətə malikdir. Qonşu xalqlar da əsrlərdir ki, məhz rus xalqının bu yaramaz xüsusiyyətinə görə çox əziyyət çəkirlər.
Putin də davakar, üsyankar, işğalçı rus xalqının "məhsul"udur.
Onun Ukraynaya yersiz və səbəbsiz hücumu da, Gürcüstanın bir hissəsini qapazlaması da, Qazaxıstana qarşı ərazi iddialarını büruzə verməsi də, rus "sülhməramlı"larının Azərbaycanın Qarabağ bölgəsində qalma müddətini uzatmağa çalışması da rus xalqının və rus imperiyasının müharibə "iştah"ından irəli gəlir. Ona görə də Rusiya son ana qədər Qarabağda qalmağa və sülhə mane olmağa çalışacaq. Və hər cürə təxribatlar törədəcək.
Lakin Rusiyanın bütün cəhdləri boşa çıxacaq. Boşa çıxarmalıyıq!
P.S. Putinin arzuları dönəmi artıq bitmək üzrədir.


