Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fernandu Santuş: Oyunçular bir az yorğundurlar

"Macarıstan millisini tanıyıram. Bilirəm ki, onlar yaxşı təşkilatlanmış komandadır".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Macarıstanla yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

70 yaşlı portuqaliyalı mütəxəssis sabah onları çətin oyun gözləyəcəklərini deyib:

"Emil Bədəlov hazırda zədəlidir. Başqa zədəli futbolçu yoxdur. Uzun yol qət etmişik. Futbolçular bir az yorğundur. Macarıstanı da yaxşı analiz etmişik. Onların müdafiədə və hücumda necə oynadığını bilirik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah saat 20:00-da Liv Bona Dea Arenada başlayacaq.

Best coffeeshop in Berlin