"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində Qara Qarayevin ev muzeyində gənc bəstəkar, pianoçu Aydan Əliyevanın iştirakı ilə konsert baş tutub.
Konsertdə Aydan Əliyeva müəllifi olduğu müxtəlif mahnıları, həmçinin klassik bəstəkarların əsərlərini ifa edib.
Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnıların müəllifidir.
Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)