Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın futbol komandalarının Avropa çempionatının ilk mərhələsindəki rəqibləri bəlli olub

U17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında qadın futbol üzrə 2025/26 Avropa çempionatının ilk mərhələsinin püşkü atılıb.

Püşkatma nəticəsində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 komandası Uels, Kosovo və Moldovadan olan həmyaşıdları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda yer alan U-19 yığması Sloveniya, Şimali Makedoniya və Gürcüstan milliləri ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar 2025-ci ilin payızında keçiriləcək.Turnirin ölkə və tarixləri hələ dəqiqləşdirilməyib.

Best coffeeshop in Berlin