Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmmədyarov sürətli şahmat üzrə dünya çempionatında çıxış edəcək

Şahmatçımız Şəhriyar Məmmədyarov sabah Londonda (İngiltərə) start götürəcək komandaların sürətli və blits üzrə dünya çempionatında iştirak edəcək.

O, birinci lövhədə yer alaraq Generation XYZA komandasına qoşulub. Komandaya Şəhriyarın bacısı Türkan Məmmədyarov da qoşulub. Dünya Kubokunun finalçısı bolqarıstanlı Nurgül Səlimovanı da xüsusi qeyd etmək lazımdır.

Qeyd edək ki, "Azadlıq" komandasında daha bir qrossmeysterimiz Rauf Məmmədov çıxış edəcək.

İyunun 11-13-də Rapid üzrə dünya çempionatı keçiriləcək, daha sonra növbə blits üzrə dünya çempionatına (14-15 iyun) çatacaq.

Best coffeeshop in Berlin