Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Heydər Əliyev – 100

“Fotoları danışdı“ sənədli filmi təqdim olundu

Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film ictimaiyyətə təqdim edilmişdir.İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan  “Fotoları danışdı“ sənədli filminin ideya müəllifi və rejissoru Beynəlxalq dərəcəli fotoqraf  Fərqanə Qasımlıdır. Filmdə fotoqraf və və fotomüxbirlərin  Ulu Öndər  Heydər  Əliyevlə bağlı xatirələri , nadir fotolar diqqəti cəlb edir.Bir çox tədbirlərdə fərqli media subyektlərinin  ( Rafael Qənbərov, Rafiq Bağırov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Dilavər Nəcəfov , Rasim Sadıqov  və s. ) təqdim etdikləri fotolar tamaşaçılarda böyük maraq  doğurmuşdur. Heydər Əliyevin prezident olduğu on il ərzində  onun rəsmi və qeyri-rəsmi fotolarını çəkən fotomüxbirin  xatirələri tamaşaçını  Heydər Əliyevin  qaynar, enerjili fəaliyyəti ilə daha yaxından tanış edir. Film Ulu Öndərin  Naxçıvanda Ali Məclisin sədri olduğu,həm də , Bakıda Ali Sovetin sədri və Prezident olduğu dövrlərdəki  fəaliyyətini əks etdirən məşhur fotoları, onların tarixçəsini özündə  cəmləşdirə bilmişdir. Sənədli filmdə cəmiyyətə  ilk dəfə  təqdim edilən maraqlı arxiv fotolar da  vardır. Çəkilişlərinin Azərbaycanda və Gürcüstanda  aparıldığı  “ Fotoları danışdı  “ sənədli filmini  Ümummilli Liderimizin 100 illik yubileyinə layiqli töhfə hesab etmək olar .

Best coffeeshop in Berlin