YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Günəş kreminin tərkibindəki 4 zərərli maddə
Yəqin ki, hamı ultrabənövşəyi şüaların onkologiyaya səbəb ola biləcəyini eşidib. Xüsusilə, skuamöz hüceyrəli karsinoma, bazalioma və melanomadır. Günəş kremindən istifadə edilməlidir - SPF 30 və ya daha yüksək olmalıdır. Əgər uzun müddət günəş altında qalsanız, o zaman hər iki saatdan bir, üzgüçülüklə məşğul olursunuzsa, o zaman suya hər girdikdən sonra krem çəkməlisiniz. Bununla belə, günəş kreminin tərkibinə də diqqət yetirmək lazımdır. Aşağıdakı ultrabənövşəyi filtrləri olan günəşdən qoruyucu vasitələrdən çəkinmək daha yaxşıdır:
- avobenzon;
- oksibenzon;
- oktokril;
- ecamsul.
Fakt budur ki, bu inqrediyentlərin qan dövranına daxil olma səviyyəsi FDA tərəfindən tövsiyə ediləndən artıqdır. Saat 11-dən 16-ya kimi günəş vannası qəbul etməmək və çöldə vaxt keçirməmək daha yaxşıdır, xüsusən də dəriniz çox solğundursa. Şokolad qaralmasından və günəş yanığından da çəkinməyə çalışın.


