Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Faciənin fotosu” sənədli filmi nümayiş olundu +FOTO=52

18.01.2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “20 Yanvar–Ümumxalq Hüzn Günü”nün 35-ci ildönümü ilə əlaqədar "Faciənin fotosu" adlı film nümayiş olundu. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Film AFB üzvləri – ideya müəllifi Fərqanə Qasımlı və ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə tərəfindən ərsəyə gətirilib. Araşdırmalar zamanı aydın olub ki, 30 il qabaq çəkilmiş fotoların təxminən yarısı itirilib. 

Filmdə AFB, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən olan fotoları saxlayan insanların düşüncələri əksini tapıb. Filmdə onlar keçirdikləri hissləri və o zaman gördüklərini bölüşüblər. 

Filmin layihə rəhbəri və məsləhətçisi Mirnaib Həsənoğlu dur.

Fotolar MAHİR QƏHRƏMANOVA məxsusdur