YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
HÜMBƏT QULİYEV:
İnsanın yaratmaq qabiliyyəti haqqında (esse)
Yaradan insana yaratmaq qabiliyyəti verib. Allah istəyib ki, bu qabiliyyəti ilə insan nələrisə düzəldə bilsin, qura bilsin. Tarix boyu da insan övladı özünün möhtəşəm saydığı çox şeyləri düzəldib və düzəltdikləri, qurduqları ilə də, çox vaxt, qürrələnib. İnsan qürrələndikcə onun təkəbbürü də artır. Təkəbbürlü insan, ağlı da varsa, sonda başa düşür ki, onun düzəltdiyindən qürrələndiyi şey Allahın yaratdıqları ilə müqayisədə sonsuz cüzi olan bir şeydir və Yaradanın ən bəsit görünən canlısı ilə müqayisə belə oluna bilmir. Qürrələnən insan, öz təkəbbürünün zirvəsində anlayır ki, Allah ona yaratmaq qaviliyyəti verib ki, öz yaratdıqları ilə Allahın yaratdıqlarını müqayisə edib Onun sonsuz qüdrətini görə bilsin, görüb Yaradanı tanıya bilsin.
Allahın insana verdiyi bütün qabiliyyıtlərin məqsədi Yaradanı tanımaq üçün sadəcə, vasitədir.
Yalnız bu məntiqi dərk edən hər yaradıcı kəs öz təkəbbürünə qalib gəlib xoşbəxt ola bilir.
Hümbət Həsənoğlu


