Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsi davam edir

Sülh və bəşəriyyət əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən işğalçılıq müharibəsi, soyqırımı, əhalinin məcburi köçkünlüyü, təqiblər, işgəncələr, hərbi soyğunçuluq və Azərbaycana və Azərbaycan xalqına qarşı digər qanunsuz hərəkətlərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb. Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilib.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam edir.