Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin 1990-1995-ci illərdə təhsil almış məzunları 30 ildən sonra yenidən qocaman təhsil ocağına toplaşıblar.

Filologiya fakültəsinin dekan müavini Mehriban Əlizadə fakültənin 30 il öncəki məzunlarına tədris və elmi fəaliyyət istiqamətində əldə olunan nailiyyətlər barəsində məlumat verib. Fakültənin hər bir məzunu ilə daim fəxr etdiyini və xatırlandığını bildirib.

BDU-nun alimləri Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov və İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu qeyd ediblər.

Məzunlar müəllimləri və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, sonra BDU-nun ərazisini gəzib, Universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar.

 

RUS:

Выпускники филологического факультета спустя 30 лет снова в БГУ  

Выпускники филологического факультета Бакинского государственного университета (БГУ), обучавшиеся в 1990-1995 годах, спустя 30 лет снова собрались в учебном заведении.

Заместитель декана факультета Мехрибан Ализаде проинформировала выпускников факультета 30-летней давности о достижениях, достигнутых в области преподавания и научной деятельности. Она сказала, что факультет всегда гордится каждым выпускником и помнит их.

Ученые БГУ Земфира Шахбазова, Гызылгюль Абдуллаева, Вагиф Султанлы, Тофик Гаджиев, Боран Азиз, Сона Черкез, Нушаба Садыхлы, Этибар Талыблы, Вагиф Небиев, Ганбар Ханмамедов и Исмаил Мамедов отметили, что им приятно вновь встретиться со своими студентами, отметив, что прошлое — это не только воспоминания, но и нравственное наследие.

Выпускники поделились воспоминаниями о своих преподавателях и студенческих годах, осмотрели территорию БГУ, ознакомились с инновациями университета.

Best coffeeshop in Berlin