YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Anasının cəsədi ilə 6 il yaşadı
İtaliyanın Veneto bölgəsində yaşayan 60 yaşlı kişi vəfat etmiş anasının pensiyasını almaq üçün diqqətçəkən üsula əl atıb.
O, yaxınlarına 2017-ci ildə ölən anası Helga Maria Hengbarthın Almaniyaya getdiyini bildirib. Hətta, kişi öz bacı-qardaşlarından da analarının ölümünü gizlədib.
Bununla yanaşı, evində anasının cəsədi ilə yaşayan italyan 6 il müddətində qadının 12 870 AZN təqaüdünü mənimsəyib. Hadisədən xəbər tutan polis evə basqın edib. Kişi törətdiyi cinayəti etiraf edərək, polisə təslim olub.


