YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
BƏYBALA MİRZƏYEV:
Gün keçdi...
Bəli, Sabirin doğum günü keçdi. Bu gün satirik şairimiz Mirzə Ələkbər Sabirin doğum günü idi. Şair 1862-ci il mayın 30-da anadan olub.
Onun doğum günü keçsə də, amma toxunduğu mövzular bu gün də aktuallığını saxlamaqdadır. Bir araşdırmaçının qeyd etdiyi kimi, "Sabirin tənqidi (satirası) milli-mənəvi ruhun sındırılmasına, əzilib tapdanmasına deyil, xalqın mənəvi-əxlaqi potensiyasında özünü qoruyub saxlayan və onun inkişafına təkan verib səbəb olan cəhətlərin üzə çıxarılmasına xidmətə yönəldilmişdi. Odur ki, şair daha çox həyat həqiqətlərindən yazmağa meyl göstərirdi".
Ruhu şad olsun.


