Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Riqada Puşkinin abidəsi sökülüb

Latviyanın paytaxtında rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb. 

Abidə Riqadakı Kronvalda parkında yerləşirdi. Heykəl anbara köçürülüb və sonra Latviya Rəssamlar İttifaqına təhvil veriləcək.

Latviya Seymi bu qərarı 2009-cu ildə Riqanın Tarixi Mərkəzinin Qorunması və İnkişafı Şurası ilə Mədəniyyət Abidələrinin Mühafizəsi üzrə Dövlət Müfəttişliyinin Kronvalda parkında abidə yerləşdirməklə bağlı fikir ayrılığına görə verib. 

Martın 3-də Riqa Şəhər Şurasının Abidələr Şurası heykəlin başqa yerə köçürülməsi ilə bağlı tövsiyələrini təzələyib. Şəhər rəhbərliyi kütləvi toplaşmaların qarşısını almaq üçün hələ mayın 9-dan əvvəl sökülməni planlaşdırmışdı. Rus şairləri ilə yanaşı, sovet abidələri də bu prosesə məruz qalmaqdadır. Rusiya-Ukrayna müharibəsindən sonra proses daha da sürətləndi. Avropada Sovet abidələri günbəgün sökülməkdə davam edir.

Best coffeeshop in Berlin