Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunur +FOTO=6

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir. 

Sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir.  

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunacaq. 

YOLUNUZ AÇIQ OLSUN...

Best coffeeshop in Berlin