Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Quranı yandırmaq ya da CƏHALƏT

Yer üzündə təqribən 124-dən çox din və etiqad vardır. Bunlara təkallahlılıq, çoxallahlılıq, bütlərə, heyvanlara ibadət daxildir. Din sözü ərəbcə "yol, mükafat" deməkdir. Hər kəs bütün dinlərə hörmətlə yanaşmalıdır. Təbii ki, hansısa heyvana olan inam istisnalıq təşkil edir. Son zamanlarda Qurani-Kərimi yandırmaq sanki "trend" halını alıb. Quranı oxumaya bilərlər, bixəbər ola bilərlər amma hansısa dini kitaba qarşı hörmətsizlik etməyin heç bir dinlə əlaqəsi yoxdur. Dünyanın ən qabaqcıl olkələrindən biri olan İsveçdə hökümət binasının önündə İncil və Quranı yandırmağa cəhd etmişdilər. Bir çox ölkələrdə belə hallara görə həbs cəzası verilir. Müqəddəs kitabı yandırmaq faşistlikdir. Bir faşistin hər hansı bir dinə, mədəniyyətə və ya adət-ənənəyə hörmətsizlik nümayiş etdirməsinin ən primitiv, lakin ən təsirli yollarından biri bütün bu anlayışlara aid simvolları yandırmaqdır. Dini kitabların yandırılması hədəflənən dinlərin heç birinin prinsiplərini və əsas prinsiplərini dəyişdirməyəcək. Dünya bu cür faşist və irqçilərdən qurtulmayınca biz bu cür hadisələrin daha çox şahidi olacağıq.

UMAY

 

Best coffeeshop in Berlin