Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Rusiya hakimiyyəti kriminal ünsürlərin əlindədir

Rusiyadakı məlum hadisələrlə bağlı fikrim.

Rusiya hakimiyyəti kriminal ünsürlərin əlindədir. Bunun kökü vor zakon Stalinə gedib çıxır və Rusiyanın müharibədə olması bu tendensiyanı lap gücləndirib.

Hal hazırda şovinist ( oxu faşist), millətçi təfəkkürlü bir qrup insan azərbaycanlıların illərlə, min bir əziyyətlə qurduqları biznesi onların əlindən zorla, çox vaxt absurd bəhanələrlə almağa çalışırlar və əksər hallarda buna nail olurlar.

İki yol var, ya azərbaycanlıar canları, qanları bahasına qurduqları biznesi kimlərəsə verməlidirlər, ya da birləşib olanlara dirəniş göstərməlidirlər.

Burada Azərbaycan dövləti, hakimiyyəti, diasporalar qəti mövqedən çıxış etməli və azərbaycanlılarımızın arxasında möhkəm dayanmalıdır. Biz özümüzünkülərə qahmar çıxmalıyıq və onların bizneslərini qorumağa dəstək olmalıyıq.

Mən bu proseslərin daha da pisləşməyini gözləyirəm, çünki Ukrayna müharibəsindən qayıdan yüz minlərlə adam öldürmüş, psixikaları pozulmuş insanlar günahkar axtarışında qeyri- rusları, xüsusən biznesi olanları hədəfə alacaqlar.

Dövlət o qayıdanların hədəfinə tuş gəlməmək üçün onlara mane olmayacaqlar və reallıqda mane ola bilməyəcəklər.

Həmrəyliyin vaxtıdır. Bu çətin işdə həmvətənlərimizə sözlə də, xüsusən də əməllə dəstək olaq.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin