Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bütün imperiyalar əsarətdə saxladıqları xalqların azadlıq hisslərini boğmaq üçün qan tökür, soyqırımlar törədirlər.

Sovetlər İttifaqı da tarixin ən qəddar vampir imperiyalarından biri idi. Müstəqillik uğrunda mübarizə aparan xalqlara qarşı amansız vəhşiliyə yol verən rus-sovet imperiyası 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada törətdiyi cinayətləri 1986-cı ildə Qazaxıstanda (Alma-Ata şəhərində) təkrarladı. Həmçinin 1989-cu il aprelin 9-da Gürcüstanda (Tbilisinin mərkəzində) etiraz aksiyası sovet qoşunu tərəfindən dağıdıldı.

Eləcə də Mixail Qorbaçov adlı qatil sovet liderinin əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri Azərbaycanda (Bakıda və bölgələrdə) qanlı qırğın törətdi. 1991-ci il yanvarında isə yenə Qorbaçovun əmri ilə sovet qoşunları Vilnüs şəhərində Litvaya müstəqillik verilməsini tələb edən dinc nümayişçilərə divan tutdu.

Və beləliklə, qan üzərində, "qırmızı terror" nəticəsində qurulan imperiya tökdüyü qanlar içərisində boğularaq 1991-ci ilin dekabrında çökdü, tarix səhnəsindən silindi.

P.S. Qarşıdakı illərdə isə dünya Rusiya, İran, Çin, Fransa kimi klassik və ya neoimperiyaların, müstəmləkəçi metropoliyaların parçalanmasına, dağılmasına şahidlik edə bilər.

 

Ramiz Oğuz Həsənov

Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.Pak ruhlarına əbədiyyən vəfa borcumuz var.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.