Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Liverpul" ölən futbolçu Jotanın ailəsinə müqavilə məbləğinin tam ödənilməsini təmin edəcək

"Liverpul" dünyasını dəyişən futbolçu Dioqo Jotanın ailəsinə müqaviləsinin bütün məbləğini ödəyəcək. 

28 yaşlı portuqaliyalının müqaviləsinin bitməsinə 2 il qalmışdı. Capology-nin məlumatına görə, ailəyə səkkiz milyon avro ödəniləcək.

Jota və onun qardaşı Andrenin yol qəzasında ölməsi iyulun 3-də məlum olub. Hadisə İspaniya şossesində baş verib: ötmə zamanı təkər partlayıb, bundan sonra avtomobil idarəetməni itirib, yoldan çıxıb, aşıb və alışıb.

Jota 2020-ci ildən "Liverpul"da çıxış edib. Komanda ilə birlikdə İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. Portuqaliya millisinin heyətində forvard 49 oyun keçirib və 14 qol vurub.

Best coffeeshop in Berlin