Çin İrana zenit-raket kompleksləri verib
Çin 12 günlük müharibə bitdikdən sonra İrana HQ-9B zenit-raket kompleksləri verib.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, İran HQ-9B-nin pulunu Çinə verilən neftlə ödəyib.
HQ-9B Çinin uzun mənzilli zenit-raket kompleksidir. O, təyyarələri, qanadlı raketləri və helikopterləri məhv etmək üçün nəzərdə tutulub. Bu, ballistik raketləri ələ keçirə bilən ilk Çin hava hücumundan müdafiə sistemidir. Zenit-raket sistemi S-300 bazasında hazırlanıb.
Qeyd edək ki, iyunun 26-da İranın müdafiə naziri Əziz Nəsirzadə İsraillə 12 günlük müharibə başa çatdıqdan iki gün sonra Çinə səfər edib.


