YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Bəybala Mirzəyev:
Ermənipərəstlər düşük sülhpərəstlik moizələri oxumağa davam edirlər
Ermənipərəstlərimizin, "novar"çılarımızın, sülh "göyərçin"lərimizin, liberallarımızın bir hissəsi bu aralar "susmaq qızıldır" prinsipindən çıxış edir, digər hissəsi isə hətta Ermənistanın son günlərdəki barbar davranışlarından sonra da belə, yenə də bizi aqressivlikdə suçlayır, düşük sülhpərəstlik moizələri oxumağa davam edirlər.
Əsgərimizin ermənilər tərəfindən linç edilməsi, İrəvanda keçirilən beynəlxalq yarışda bayrağımızın yandırılması və daha sonra isə sözügedən yarışda təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin bayraqlarının bir neçə hissəyə parçalanması, cırılmış şəkildə asılması bu "sülh narkomanları"nın heç tükünü də tərpətmir.
P.S.
Cənubi Qafqaz xalqları arasında yalnız bizdə sülhsevərlik Vətənə, Millətə asilik dərəcəsinə qədər ifrata varır, dibə enir.


