Akif Əli:
47 ildən sonra PKK silahları yerə qoydu
Əli on minlərlə Türkün qanına batmış PKK lideri Abdullah Öcalanın çağırışına əsasən, bu gün PKK terrorçularının ilk qrupu Süleymaniyyədə silahlarını yerə qoyub.
Törən Kazana dağı bölgəsində baş tutub. İlk olaraq dağdakı mağaradan 15 qadın və 15 kişi kürd terrorçusu çıxıb.
Verilən məlumata görə, törəndə qadın terrorçular üzərində təsir imkanları olan Bese Hozat (KCK konsey eş başkanı) əvvəlcədən hazırlanmış mətni oxuyub. Sonra PKK-nın silahlarının məhv edilməsi prosesi başlanıb. PKK-lılar heç bir emosiya, üz ifadəsi göstərmədən bir-bir növbə ilə yaxınılaşıb silahlarını təhvil veriblər.
DEM Partiyasının nümayəndə heyəti və bəzi jurnalistlər Süleymaniyyədə silahların yerə qoyulmasını müşahidə ediblər.
Silahların yandırıldığı bildirilir.
Güclü təhlükəsizlik tədbirləri görüldüyü səbəbindən jurnalistlərin görüntüləri canlı yayımlamasına icazə verilməyib. Yalnız yandırılan silahların ilk görüntüləri paylaşılıb.
Türkiyə Cümhuriyyəti Milli Kəşfiyyat Təşkilatı (MİT) təhvil verilən silahların nömrələrini götürüb.
Proses davam edir.
Qardaş Türkiyə üçün xeyirli olsun!


