YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Gürcüstan hökuməti gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.
Bu barədə Gürcüstan Gömrük Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar.
Xatırladaq ki, yeni texnologiya ilə gömrükdəki korrupsiya hallarının qarşısının alınması qarşıya məqsəd olaraq qoyulub.


