Dünyanın bir və iki nömrəlisi finalda qarşılaşacaq
Melburnda (Avstraliya) tennis üzrə keçirilən və mükafat fondu 59.900.000 dollar təşkil edən, eləcə də Böyük Dəbilqə seriyasından olan "Australian Open-2025" turni artıq finişə yaxınlaşıb. Dünən turnirdə yarımfinal görüşləri baş tutub və bununla da finalçılar müəyyənləşib. Yarımfinal görüşlərindən birində dünyanın 1 nömrəli raketka ustası olan 23 yaşlı Yannik Sinerlə (İtaliya) ABŞ təmsilçisi, 22 yaşlı Bena Selton (N21) qarşılaşıb. Görüş italiyalı tenniscinin qələbəsi ilə başa çatıb - 7:6, 6:2, 6:2. Bununla da, Sinner ardıcıl olaraq ikinci dəfə sözü gedən turnirin finalına yüksəlib. Xatırladaq ki, ötən il finalda Rusiyalı Daniil Medvedevi udaraq qalib adını qazanan Sinner 21-ci əsrdə iki dəfə dalbadal Böyük Dəbilqənin finalına yüksələn ən gənc tennisçi kimi tarixə düşüb.
Sinner fevralın 26-da saat 12:30-da baş tutacaq həlledici finalda almaniyalı tennisçi, hazırda dünyanın 2 nömrəsi olan Aleksandr Zverevlə qarşılaşacaq.
Yeri gəlmişkən, Zverev yarımfinalda serbiyalı raketka ustası Novak Cokoviclə görüşməli olub. Lakin Cokovic zədə üzündən korta çıxa bilmədiyi üçün finala Zverev yüksəlib.
İNTİQAM Məmmədov