Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclik İrəlidədir” gənclər həftəsi keçiriləcək. 
AZpress.AZ xəbər verir ki, gənclər həftəsi çərçivəsində müxtəlif maarifləndirici, əyləncəli tədbirlər - təlimlər, görüşlər, ekskursiya və infoturlar, vörkşoplar, idman fəaliyyətləri və konsert proqramları baş tutacaq.
Gənclər həftəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin maraq dairəsinə uyğun fəaliyyətlərin təşviqi, asudə vaxtın səmərəliliyinin təmin olunması, sağlam, intellektual, yaradıcı məşğuliyyətin stimullaşdırılmasıdır. 
Qeyd edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra 1997-ci ildə prezident Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Gənclər günü təsis edilib. Digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. 
Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.