Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Rəhimova: O, heç vaxt sifarişlə əsər yaratmayıb..

Günay Rəhimova: 

O, heç vaxt sifarişlə əsər yaratmayıb..

15 dekabr dahi Səttar Bəhlulzadənin doğum günüdür. O, heç vaxt sifarişlə əsər yaratmayıb.

Öz evini Tahir Salahova hədiyyə edib ki, o gəncdir, evlənsin.

Səttar Bəhlulzadə heç vaxt kasıb olmayıb, sadəcə dünya malında gözü olmayıb. Hələ sağlığında əsərləri çox baha satılardı amma o bu pulları kasıblara paylayıb..

70-ci illərin ortalarında "Ulduz" jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonorar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam "Ulduz"un redaksiyasına gəlir və soruşur:

– Nə qədər qonorarım var?

Cavab verirlər:

– Min beş yüz manat.

Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:

– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu "Avrora" tapasınız.

Səttar Bəhlulzadə hər zaman çox kasıb və köhnə paltarlar geyinərdi. Onun üçün xarici görünüşün elə də böyük əhəmiyyəti yox idi. Günlərin bir günü Səttar Bəhlulzadə Bakının Fioletov (dəmir yol) stansiyasından yaşadığı Əmircan kəndinə getmək üçün qatara minir. Vaqonların birisində,dilənçilərdən biri onuda dilənçi zənn edib yaxınlaşıb deyir ki, "Keç o biri vaqona, burda mən dilənirəm".

Ruhu şad olsun...