İlqar Əlfioğlu: Elə eləyin, ölkənin "birinci bankı" ölməsin, düşər-düşməzi olar..
Dünən narahat yatmışam, səhərə kimi əcinnələrlə əlləşmişəm. Kapitalbankı komada qoyub getmişdim, nigaran qalmaq pis şeydi. Görəsən, komadan çıxara bildilər, yoxsa hələ süni tənəffüs aparatındadı? Bəlkə, Allah eləməmiş, birdibli ölüb?
Mənim hələ pulum yoxdu, bu qədər nigaranam, gör hesabı orda olanlar nə edir...
Siz Allah, elə eləyin, ölkənin "birinci bankı" ölməsin, düşər-düşməzi olar.
Mənə bir xəbər!
* * *
Vüqar Həsənov
Kəfəni yırtıb çıxdı
Mir Gaffar Zadeh
Kişi hələ ölməyib, sağdır)))
Ragif Kerimli
Gerçəkdən çox narahatedici məsələdir. Kaş texniki problem ola, cinayətkar əməl olsa ölkə üçün, xalq üçün ağır olar. Təsəvvür edin ölkənin böyük bir bankının pulunu Rusiyada, Hindistanda, okeanın otayında bir qrup dələduz çəksə necə acınacaqlı durum yaranar
Рена Рзаева
Ağlı olan kartda pul saxlamaz, özü də indiki vaxtda, bizim ölkədə, moşenniklərin, şarlatanların, xakerlərin tüğyan etdiyi məkanda!
Bahtiyar Ahmedov
Ölkə,moşenniklərin əlindədir.
Ilhama Amirova
Бубликов,он сначала умер,потом не умер))))
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.