Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən "Stinger" raketi ilə vurulması ən yaxın tariximizin qanlı hadisələrindən biri kimi yadda qalıb.

Şuşanın Xəlfəli kəndi yaxınlığında törədilmiş bu terror aktı nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.

Bu hadisədən iki ay əvvəl isə (20 noyabr 1991-ci il) Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilərin helikopterimizi atəşə tutması nəticəsində dövlət xadimlərimiz həlak olmuşdular.

Ümumiyyətlə, helikopter və təyyarələrin şər qonşularımız olan Ermənistan, İran və Rusiya tərəfindən vurulması onlar üçün adi haldır.

2022-ci ildə İran Ukrayna təyyarəsini vurmuşdu. 2024-cü ilin dekabrında isə Rusiya Azərbaycan təyyarəsini vurdu.

Mülki təyyarə və helikopterləri vurmaq terrorçu ölkələrin dövlət siyasətinin tərkib hissəsidir.