Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məndən düşüb sınmısan,

Parçan yamağa gəlməz.

Üzün sığala yatmaz,

Telin darağa gəlməz.

 

Qaldım amanda, ahda,

Yağ olmadın çıraqda.

Sevən kəs dar ayaqda

Necə qabağa gəlməz?

 

Dönük çıxdın azından,

Etdin dünyanı zindan.

Daha adam da bundan

Betər qınağa gəlməz.

 

Nə payızdı, nə qışdı,

Qəm şıdırğı yağışdı.

İndən belə ha qışqır -

Səsin qulağa gəlmız.

 

Can qoymadın bu canda,

İndi alış da, yan da.

Adam tökdüyü qanda

Günah yumağa gəlməz.