Təyyarə qəzaya uğradı: çaydan 30-dan çox qurbanın cəsədi çıxarılıb
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bəyanatında deyilir ki, Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanı yaxınlığında Bombardier CRJ700 sərnişin təyyarəsi və Sikorsky H-60 hərbi helikopteri havada toqquşub.
Bu arada, iki təyyarənin toqquşmasını göstərən radar görüntüləri də onlayn yayımlanır.
American Eagle Flight 5342 təyyarəsinin qalıqlarının və hərbi helikopterin tapıldığı Vaşinqtonda Potomak çayından 30-dan çox qurbanın cəsədi çıxarılıb.
Qeyd olunur ki, idarələrarası xilasetmə əməliyyatı gecə boyu çətin şəraitdə davam edib.