Bu gün azərbaycanlı əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyi münasibəti ilə veteran futbolçularla idman jurnalistləri arasında xatirə görüşü keçirilib. Elə yubilyarın adını daşıyan meydanda baş tutan oyun onun nəvəsinin topa simvolik toxunuşu ilə başlanıb. Görüş veteran futbolçuların böyük hesablı qələbəsi ilə başa çatıb - 7:3.
Qeyd: "Qızıl fit" sahibi olan Tofiq Bəhramov 1925-ci ilin 29 yanvar günündə doğulub. O, dünya futbol tarixinə 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından sonra düşüb. Belə ki, İngiltərədə keçirilən DÇ-1966-nın həlledici matçında ev sahibi ilə Almaniya millisi qarşılaışb. Həmin oyunda İngiltərə millisinin forvardı Ceffri Hertsin Almaniya komandasının qapısına vurduğu qol hamı üçün mübahisəli olsa da o zaman yan hakim kimi meydanda yer alan Bəhramov topun qapıdan keçdiyini qeydə alaraq bayrağı ilə meydanın mərkəzini göstərib.
Maraqlıdır ki, o zmandan bəri hələ də həmin qol futbol ekspertləri, eləcə də Almaniya və İngiltərədən olan futbol azarkeşləıri arasında mübahisə obyekti kimi müzakirə edilir.
Tofiq Bəhramov 1993-cü il, martın 26-da dünyasını dəyişib.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)