Bu gün kişi basketolculardan ibarət klubların mübarizə apardığı ABL-da 14-cu tura start verilib. Turun ilk oyunu "Abşeron" klubu ilə "Naxçıvan " arasında baş tutub. Xırdalandakı "Abşeron" OİK-də keçirilən oyunda "Naxçıvan" qalib gəlib - 28:38 (12:17, 16:21, 18:20, 24:18).
Matçın ən yaxşı oyunçusu adına isə özünün və "Naxçıvan" klubunun aktivinə 21 xal yazdıran Devon Cenkis layiq görülüb.
Sabah "Sərhədçi" İdman Mərkəzində baş tutacaq "Quba"-"Sumqayıt" (saat 29:00) qarşılaşması ilə tur davam edəcək.
İNTİQAM Məmmədov