Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

04.02 2025 . Möhtəşəm , əfsanəvi Ustad Usta aşbazımız Oruc Əliyev Dövlət Məşğulluq Agentliyinin Azərbacan Milli Kulinariya Assosiyasında (AMKA) təşkil etdiyi “Aşpazlıq“ kurslarında XANƏDAN Etno Restoranında Usta Sinif keçirib.

Yüzlərcə sənətkar yetirmiş Ustad Sənətkar yenə gənclərlə özü də çox həvəslənmişdi.

Nəzəriyyə dərslərini də keçən dünya şöhrətli , ölkəmizi beynəlxalq tədbirlərdə bir çox dövlətlərdə təmsil edən ,ali ixtisas təhsilinə malik, İki kylinariya kitabının müəllifi ,1993-cü ildən AMKA-nın üzvü , Usta Aşpaz peşə ixtisasına malık, Prezidentimiz tərəfindən Əməkdar Mədəniyyət işçisi adına layiq görülmüş əfsanəvi Oruc Əliyev özü aparır .

Kurslar ictimai iaşə müəssisələri, restoran biznesi üçün standart distur( resept) məcmuələri ilə tam təmin edilmişdir. Burada Uşaq bağçaları üçün ayrıca , orta məktəblər üçün ayrıca , xəstəxanalar üçün ayrı, pəhriz üçün ayrı, hərbiçilər üçün ayrı, restoranlar üçün ayrıca Peşəkar kitablar və tədris kitabları müdavimlərin istifadəsinə verilmişdir.

Film və slaydlar üçün ayrıca avadanlıq quraşdırılmışdır.

Hər tənəffüsdə müdavimlərin ödənişsiz çay içmə imkanları da var.

Yüksək səviyyəli nəzəri dərslərə və Ustad Siniflərinə görə dəyərli Ustadımız Oruc müəllimə sağ olsun deyirik.

Bizə göstərdikləri yüksək etimada görə Dövlət Məşğulluq Agenrliyinə təşəkkürlərimizi ifadə edir, bu etimadı doğruldacağımıza əmin edirik.