Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləşin hər üç növü üzrə ilin ilk reytinq xarakterli beynəlxalq turnirinə sərbəst güləşçilərin çıxışı ilə start verilib. İlk olaraq döşək üzərinə 6 güləşçimiz çıxıb ki, onlardan da üçü daha yaxşı güləşərək finala yüksəlib. Digər üçü isə bürünc medal uğrunda güləşmək imkanı qazanıb.

Finalçılardan İslam Bazarqanov (57 kq) həlledici finalda amerikalı Spenser Li ilə, Kənan Heybət (70 kq) iranlı Sina Xəliliylə, Arsen Cioyev (86 kq) isə ABŞ təmsilçisi Zahid Valensiya ilə üzləşəcək.

Üçüncü yer uğrunda güləşən təmsilçilərimizə gəlincə, Nurəddin Novruzov (61 kq) iranlı Reza Momenizadəylə, Əli Rəhimzadə (65 kq) gürcü Qoqa Otinasbili ilə, Ağanəzər Novruzov (74 kq) isə gürcüstanlı Giorqi Elbakidze ilə qurşaq tutacaq.

İNTİQAM Məmmədov