Görək ruslar bu hesabatdan sonra da həyasızlığa davam edib həqiqətləri danacaqlar, yoxsa sivil davranıb günahlarını etiraf edəcəklər?
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatını dərc edib.
Və hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Təyyarəmiz Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.
Təyyarəmizin vurulması Rusiyanın gerçək simasını (əslində simasızlığını) ortaya qoydu və onun qondarma "müttəfiq" olduğunu göstərdi.
* * *
Ələsgər Ağahəsən Mirzəzadə
Onlar bizi uzun müddət əyalət edərək ( 1813-1917) işğal altında saxladılar. 70 ildən də artıq formal olaraq "respublika" adı altında istismar etdilər. Torpaqlarımızı alıb bu gün onlara təpik atan ermənilərə verdilər. 20 Yanvar, Xocalı qətliamı kimi faciələri törətdilər. Öz soyundan olan xaxolları qıran rus digər xalqlara qarşı hansı xoş nəticəni göstərə bilər?
Beybala Mirzeyev
Ələsgər Ağahəsən Mirzəzadə, bəli, qeyd etdiyiniz faktlar son 200 illik tariximizin acı həqiqətləridir. Rusiya dövlətinin imperialist, militarist, zorakı xisləti dəyişən və düzələn deyil.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.