Çəkdiyim əzablar dağdan da ağır
Mən şeir yazıram, daşdı misrası.
Qaynayır cəhənnəm qazanı kimi
Şeirə sığmayır, daşdı misrası.
Özüm də bilmirəm yolum haradır
Ağ qarın üstündə yolum qaradır
Mənzili şerimin görən haradır?
Dərəni, təpəni aşdı misrası.
Quzeyi aşmışam, günəyə çıxdım
Yolumda enişə, yoxuşa baxdım
Şerimi körpə tek qoynuma sıxdım
Yoluma işığın saçdı misrası.
Eşqimin yolunda min əzab çəkdim
Bağ,baxça yaratdım, gül-çiçək əkdim
Şerimlə sevgimin şəklini çəkdim
Gözünün üstündə qaşdı misrası.
Fikrim, xəyalımla olmuşam sirdaş
Bir yolçu olmuşam yollara yoldaş
Mən heykəl qurmuşam şerimlə, qardaş
Bədənin üstündə başdı misrası.
Ürəkdir yaşadan, o da ki üzgün
Yaşamaq eşqiylə çarpışır hər gün
Şerini ilhamsız yazsa da Qəmgin
Yolunda sədləri açdı misrası.
ƏLİSA QƏMGİN
15.02.2017