Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

B qrupunda keçirilən daha iki oyunla kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 14-cu tura yekun vurulub. Günün oyunlarının nəticəsindən asılı olaraq B qrupunda üçhakimiyyətlilik yaranıb. Beləki, "Gəncə"nin evdə "Şəki"-ni udması birincinin yenidən cədvəldə ilk pilləyə qalxmasına və ikincinin vahid liderlik statusunu itirməsinə səbəb olub. 

Qeyd edək ki, Gəncədəki OİK-də yerli "Gəncə" ilə "Şəki" arasında baş tutan matçda ev sahibi qalıb gəlib - 91:77 (24:17, 21:15, 19:23, 24:18). Matçın ən yaxşı oyunçusu isə 32 xalla yadda qalan Vordan Forbs ("Gəncə") olub.

Günün digər oyunu isə Lənkəranda yerli və eyniadlı klubla "Ordu" arasında baş tutub

 Burada qələbəyə sevinən qonaq komanda olub - 97:98 (24:25, 27:25, 22:30, 24:18). Matçın ən yaxşı oyunçusu adına "Ordu"-nun heyətində Ceylon Tomas (22 xal + 10 podbor) layiq görülüb.

Turun əvvəlki günlərdə keçirilən oyunlarinda aşağıdakı nəticələr qeydə alınıb:

"Abşeron"-"Naxçıvan" - 70:76;

"Quba"-"Sumqayıt"- 90:80;

"Neftçi"-"Sərhədçi"-82:67;

"Sabah" - NTD - 96:89.

A qrupunda komandaların turnir vəziyyəti belədir:

Sabah - 25 xal, Naxçıvan - 24, Abşeron - 20, Neftçi - 20, Sərhədçi - 19, NTD - 18.

B qrupunda komandaların turnir vəziyyəti belədir:

Gəncə, Şəki, Ordu - hərəyə 24 xal, Sumqayıt - 19, Quba - 18, Lənkəran - 17.

İNTİQAM Məmmədov