Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Suriyanın keçid hökumətindən İrana xəbərdarlıq: “İşlərimizə qarışma!”

Suriyanın keçid hakimiyyəti İran İslam Respublikasına Suriyada xaos yaymamaq barədə xəbərdarlıq edib.

Bu barədə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.
 

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və bütövlüyünə hörmət etməlidir. İran bizim daxili işlərimizə qarışmamalıdır!”, - deyə əl-Şibani vurğulayıb.

"Biz onları (iranlıları) Suriyada xaos yaymamaq üçün xəbərdar edirik", - əl-Şibani əlavə edib.

Qeyd edək ki, İran keçmişdə Bəşər Əsəd hakimiyyəti ilə yaxın münasibətdə olub. Tehran Əsəd rejimi devriləndən sonra Suriyadakı mövcudluğunu bərpa etməyin yollarını arayır.

Best coffeeshop in Berlin