Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.

Bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli qaydada denonsasiya edilməsi barədə qərar qəbul edib. Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rus Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - deyə idarədən bildirilib.

Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib.

Xarici İşlər Nazirliyi məlumat verib ki, Kişinyov bu qərarı ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə yaradan Rusiya pilotsuz təyyarələrinin Moldova hava məkanını pozmasına cavab olaraq verib.