Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tanınmış şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, bir-birindən gözəl, mənalı və dəyərli şeirləri ilə oxucuların qəlbinə yol tapan, yaradıcılığı tale işi, alın yazısı sayan, yarım əsrlik bir dövr ərzində qələm əlində sözümüzün, dilimizin keşiyində dayanan Asif Asimanın 70 illik yubileyi qeyd edilmişdir.

Sumqayıtın Tarixi Muzeyində keçirilən yubiley tədbirində öncə müqəddəs vətən torpaqlarının düşməndən azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının əziz ruhları bir dəqiqəlik sayğı duruşu ilə yad edilmişdir.

Tədbirin təşkilatçılarından olan - Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday yubiley tədbirini giriş sözü ilə açaraq Asif Asimanın ömür yoluna işıq tutmuş, şeirlərinin məziyyətlərindən danışmış, tədbiri aparmaq üşün estafeti respublikanın Əməkdar artisti İzaməddin Bağırova vermişdir.

Sonra tədbirin digər təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına “Poeziya Klubu”nun direktoru İbrahim İlyaslı, Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev yubiliyarı təbrik edərək, ona fəxri diplomlar təqdim etmişlər.

Yubiley tədbirində filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Avtandil Ağbaba, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov, tanınmış rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Abbasquluzadə, şairin qələm dostlarından Xaqani Abbasəli Öztürk, Namiq Dəlidağlı, Xatirə Fərəcli, Hümbət Quliyev, şairin uzun illər salışdığı 9 saylı tam orta məktəbin kollektivi adından Vüqar İltifatoğlu və digərləri çıxış edərək şairin yaradıcılığından və şəxsi keyfiyyətlərindən, vətəndaşlıq mövqeyindən söz açmışlar.

Tədbirin gedi boyu Respublikanın Əməkdar artistləri İlahə Səfərova, Cəlal Məmmədov, Rauf Ağakişiyev Asif Asimanın şeirlərini səsləndirmişlər.Tanınmış xanəndə Əfras Məmmədov, müğənni Şirin Həmidov şairin sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Tədbirdə söz alan şairin ailə üzvləri, qardaş və bacıları Asif Asimana göstərilən diqqət və yubiley tədbiri üçün təşkilatçılara səmimi minnətdarlıqlarını ifadə etmişlər.

Maraqlı və yaddaqalan yubiley tədbirinin sonunda xatirə şəkilləri çəkilmiş, Asif Asiman oxuculara, tədbir iştirakçılarına yenicə işıq üzü görmüş “Ömür vəfa etsə...” kitabını imzası ilə təqdim etmiş, şəhər rəhbərliyinə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə, Sumqayıtın tarixi muzeyinə və tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.