Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 9-u Amsterdamdakı Yunus Emre İnstitutunda türk dünyası şairlərinə, o cümlədən Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş ədəbi tədbirdə iştirak etdik. Turkdilli dövlətlərin səfirlərinin də iştirak etdiyi bu tədbirdə Niderlanda yeni təyin olunmuş sefirimiz Mammad Ahmadzada müəllim də çıxış etdi.

Qədim dostum, Əfqanıstan türkməni olan gozel Mengli Mahdum xanımın xüsusən məni görmək üçün tədbirdə iştirak etməsinə çox sevindim.

Fürsətdən istifadə edib şairlərin şeirlərini həyat yoldaşı, kamança ifacisi İlham Babayevin müşayeti ile qiraət edən Sima Cəfərli xanımı da həmçinin ad günü münasibətilə də təbrik etdim.

Qazaxıstan diasporasina, Dilek Tasdemir Kalkan xanıma, arasdırmaçı yazar Burhanettin Carlak bəyə ve instituta dəvət üçün təşəkkür edirik.