Yanvar-fevral ayları üzrə elektrik enerjisi istehsalı göstəriciləri açıqlanıb - FOTO

Yanvar-fevral ayları üzrə elektrik enerjisi istehsalı göstəriciləri açıqlanıb - FOTO

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2192,4 mln. kVt·st, ixracı 158,8 mln. kVt·st, idxalı isə 10,1 mln. kVt·st olub.


Cari  ilin yanvar-fevral aylarında isə respublikada elektrik enerjisinin istehsalı 4560,8 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 2 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,7 mln. kVt·st azalaraq 4364,2 mln. kVt·st, SES-lərdə 13,8 mln. kVt·st artaraq 140,7 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 55,9 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 15,07 mln. kVt·st, günəş elektrik stansiyalarında 5,5 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 35,34 mln. kVt·st elektrik enerjisi istehsal edilib.


İki ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4121,2 mln. kVt·ts (İES-lərdə 3993,3 mln. kVt·st, SES-lərdə 127,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 54,1 mln. kVt·st (İES-lərdə 37,9 mln. kVt·st, SES-lərdə 11,1 mln. kVt·st, Günəş ES-də 5,1 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 374,7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 10,79 mln. kVt·st təşkil edib.


Hesabat dövründə elektrik enerjisinin idxalı 21,1 mln. kVt·st olub. İrandan 5,8 mln. kVt·st, Rusiyadan 15,3 mln. kVt·st, Gürcüstandan isə 0,02 mln. kVt·st elektrik enerjisi idxal edilib.


Bu dövrdə elektrik enerjisinin ixracı 333,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,2 mln. kVt·st artıb. İrana 5,9 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 14,7 mln. kVt·st, Gürcüstana isə 300,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]