2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır

2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır

 2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır

  instaqram AZpress.AZ

 

  facebook 

Azərbaycan Televiziyasında ekstrim idman növlərinə həsr olunmuş yeni layihə başlayır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Şəhərdənkənar” adlı layihənin ərsəyə gətirilməsində məqsəd idmanın, sağlam həyat tərzinin insanların həyatında vacib yer tutduğunu bir daha diqqətə çatdırmaq, insanları aktiv istirahətə təşviq etməkdir.
Ekstrim idman növləri ilə məşğul olan Fərhad Davidov, Natiq Yusiflinin birgə hazırladığı veriliş 18 apreldən etibarən hər bazar günü saat 10:00-da AZTV-də yayımlanacaq.
Aparıcılar ölkəmizin müxtəlif regionlarında aktiv istirahət üçün hər bir şəraitin olduğunu tamaşaçılara çatdıracaq.
Hər verilişdə mövzuya uyğun olaraq maarifləndirmə və məlumatlandırma yeni layihənin əsas məqsədlərindəndir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]