Faiq İsmayılov: Xankəndi Dəmiryol Vağzalının Dəhşətli görüntüləri...

Faiq İsmayılov: Xankəndi Dəmiryol Vağzalının Dəhşətli görüntüləri...

13 fevral 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. Çox keçmədiki mitinqlər kütləvi iğtişaşlara çevrildi.


 Xankəndi 1988-ci il


Ermənilər ilk olaraq 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Xocalıda güclü müqavimətlə rastlaşdıqdan sonra separatçılar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil edərək azərbaycanlıların evlərini qarət edir sonra yandırırdılar. İğtişaşların birinci günü Xankəndində bir gündə 59 ev yandırıldı.
1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki bütün rus hərbi bazaları bütün sursatlarını erməni separatçılarına təhvil verdilər. Xankəndində yerləşən 366-cı moto-atıcı alayının rus əsgərləri könüllü olaraq ermənilərin tabeçiliyinə keçdilər.
1992-1994-cü illərda güclü hərbi sursata və nizami orduya sahib olan erməni separatçıları, yenicə müstəqillik qazanan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf ərazilərdəki 7 rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam) işğal etdilər. Xatırladırıq ki ətraf rayonların əraziləri, Dağlıq Qarabağın ərazisindən 4 dəfə böyük idi. İşğal faktı sadə ermənilərə firəvan həyat əvəzinə aclıq, miskinlik və fəlakət gətirdi.Xankəndi şəhərində adi insanların həyat tərzi getdikcə pisləşirdi.




Sadə ermənilər Xankəndində və Qarabağın digər Ermənistanın işğaı altında olan ərazilərdə dözülməz şəraitdə yaşayırdılar. Qarabağın sərvəti bir qrup şovinist rəhbərlərin ciblərinə axırdı. Getdikcə harınlaşan bu adamlar sadə ermənilərdən mədənlərdə, tarlalarda qul kimi istifadı edirdilər. Tabeçilik göstərməyənlər öldürülür ya da intihara məcbur edilirdilər. Orduya səfərbərlik zorakılıqla həyata keçirilirdi. Orduda əsgərlərin komandirləri tərəfindən zorlanması getdikcə kütləviləşirdi. Əsgərlər tərəfindən edilənlərə qarşı adi bir müqavimət onun ölümü ilə nəticələnirdi. Ermənistan statiskasının məlumata görə orduda intihar halları 1995-2015-ci illərdə ən yüksək həddə idi.

   Xankəndi Dəmiryol vazalı 1978-ci il

   Xankəndi Dəmiryol vağzalı erməni işğalından sonra


  Xankəndi Dəmiryol Vağzalının ən son görüntüləri

  Xankəndi Dəmiryol Vağzalının ən son görüntüləri

Qarabağın separatçı rəhbərliyi Xankəndindəki Azərbaycanın Dövlət büdcəsinə daxil olan bütün sənaye, kənd təsərrüfatı və xidmət müəsisələrini söküb dağıdır, əldə etdikləri qənimətləri xaricə daçıyaraq orada özlərinə mülklər alır, biznes qururdular. Bu cür zərər çəkən müəsisələrdən biri də Xankəndi dəmiryol vazalı idi.

Ermənilər işğal etdikdən dərhal sonra Xankəndi Dəmiryol vağzalını görünməmiş bir vəhşiliklə dağıtdılar. Vağzalın inventar və avadanlıqları müxtəlif şəxslər tərəfindən mənimsənildi. Depolar, vaqonlar və dəmiryol reysləri daşınaraq qonşu İranın metaləritmə zavodlarına ucuz qiymətə satıldı. Erməni barbarlığının nəticəsində Dəmiryol vağzalının ərazisi böyük bir xarabalığa çevrildi. Erməni barbarlar tərəfindən tam istifadəsiz vəziyyətə gətirilən Xankəndi Dəmiryol vağzalı 30 il öncə etnik təmizləməyə məruz qalan azərbaycanlı sahiblərinin yolunu səbirsizliklə gözləyir.
Son 30 ildə Qarabağ erməni torpaqlarıdır iddiası ilə dünya müstəvisində təbliğat aparan Ermənistan rəhbərliyindən soruşmaq lazımdır, Qarabağn baş şəhəri olmuş Xankəndində bu vandallın törədilməsinə səbəb nə idi? Axı bu dəmir yolunun Qarabağın iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyəti vardı.

 Faiq İsmayılov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]