FİDE Məmmədyarovu günün adamı elan edib - İNTİQAM təqdim edir (AZpress.AZ)

FİDE Məmmədyarovu günün adamı elan edib - İNTİQAM təqdim edir (AZpress.AZ)

FİDE Məmmədyarovu günün adamı elan edib

 

 

 

Rumıniyanın paytaxtı Buxarestdə həmyerlilərimiz Şəhriar Məmmədyarov və Teymur Rəcəbov da daxil olmaqla 10 şahmatçının iştirakı ilə keçirilən "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələ yarışı olan və mükafat fondu 325 min dollar təşkil edən "Superbet Chess Classic"dən sonra FİDE (Beynəlxalq Şahmat Federasiyası) öz rəsmi saytında günün adamını elan edib. Maraqlıdır ki, bu ada yuxarıda sözügedən turnirin qalibi adını qazanan həmyerlimiz Şəhriyar Məmmədyarov layiq görülüb. Yeri gəlmişkən, Buxarestdəki qələbə Şəhriyarın bir çox işinə yarayıb. Belə ki, keçirdiy 9 turun 3-də ardıcıl olaraq,Konstantin Lupulesku (Rumıniya), Fabiano Karuana (ABŞ) və erməni Levon Aronyanı udan və 6 xalla turnirin birincisi olan Məmmədyarov aktivinə daha 13 retinq xalı yazdırmaqla Top-10-da 8-ci yerdən 5-ci pilləyə qalxıb. O, həm də 90 min dollar mükafat qazanıb. Onunla eyni yarışda iştirak edib 4,5 xalla 5-ci olan Rəcəbov isə 22.500 dollar əldə edib.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]